2016-cı ildən etibarən Azərbaycanda mədən vergisi dərəcələri orta hesabla 2 dəfə artacaq.
Bunu Trend-ə Milli Məclisdən deyiblər.
Milli Məclisin müzakirəsinə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində müvafiq təklif öz əksini tapıb.
Ən çox artım mişar daşı üzrə mədən vergisi dərəcəsində - 4 dəfə, ən az artım isə yarımqiymətli bəzək daşları və duzda - 1,5 dəfə müşahidə olunur.