19 Oktyabr 2015 13:43
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Təhsil İdarəsi siyahı açıqladı

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb.

Bakı şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Lalə Qarayevanın Teleqraf.com-a verdiyi məlumata görə, bu il məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib. Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə 100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57, 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35, 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 321, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, 96, 108, 112, 128, 142, 148, 155,187, 188, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89, 101, 104, 114, 140, 141, 146, 226, 232, 270, 275, 279, 281, 282, 285, 290, 316, 317, 318, 327, Xətai rayonu üzrə 17, 24, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165, 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 123, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qrupları noyabrın 2-dən mayın 31-dək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

2016-cı il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbəhazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd – sertifikat veriləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər