Bu gün Bakıda Qarabağ Seyid Ocaqları Birliyinin təşkilatçılığı ilə toplantı keçirilib.
Birlikdən Teleqraf.com-a mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Məhərrəm ayı münasibətilə Kərbəla və Qarabağ şəhidlərinin əziz ruhlarına dualar oxunub.
Tədbiri giriş sözu ilə açan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ölkənin siyasi və dini mühitində baş verən hadisələrdən geniş söz açib. O, ölkənin vətənpərvər inanclı insanlarını indiki həssas məqamda dövlətin yanında olmasını şərəf və iman məsələsi olduğunu xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. C.Əzimbəyli xüsusi olaraq, son günlər Prezident İlham Əliyevin atdığı bütün addımları təqdir etdiklərini və bundan xalqın da məmnun olduğunu bildirib: “İnanıram ki, dövlətin uğurlu tolerant siyasətindən xaincəsinə sui-istifadə edən, milli dönuk təkfirçilərə dəstək verən, eləcə də onların çirkli biznes ortağına çevrilən Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları, həmçinin bəlli məmurları layiqli cəzalarını alacaqlar”.
C.Əzimbəyli bütün ölkə inanclılarını dövlət başçısının milli və dövlət maraqları uğrunda atdığı bütün qərarları müdafiə etdiklərini, eləcə də Prezidentin və dövlətin yanında olduqlarını bəyan edib. O, hər seçkiöncəsi Azərbaycanda stabilliyə yönəlik adımların qətiyyətlə alınacağınadan əminliyini ifadə edib.
BƏXTİYAR