“İrəli” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və Reallıq" adlı layihəsi çərçivəsində ölkəmizə gələn xarici jurnalistlər Azərbaycan Respublikası Prezidentinin İctimai - Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşüblər.
Görüş zamanı Ə.Həsənov Prezident İlham Əliyevin iradəsi nəticəsində Azərbaycanın mövcud inkişafından, həqiqətləri və reallıqları haqqında geniş məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında söhbət açan Ə.Həsənov hüquqi və siyasi konseptdə olan bütün normativ aktlara toxunub, Azərbaycanın bugünkü seperatçı rejimə qarşı olan mövqeyindən söhbət açıb. Görüş zamanı iştirakçıların bütün suallarını cavablandıran Ə.Həsənov sonda jurnalist nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib.
Azərbaycanda səfərdə olan jurnalist nümayəndə heyətin proqrama uyğun olaraq sabah saatlarında ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın tarixən keçid yolu haqqında Qanlı Yanvar haqqında onlara geniş informasiya verilib.
Beynəlxalq Mətbuat Mərkəzində nümayəndə heyəti ilə Vətəndaş Cəmiyyəti institutlarının, QHT-lərin, media mənsublarının və gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə iştirak edən Prezident Administrasiyası Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “İrəli” təşkilatının bu kimi vacib layihələrin həyata keçirilməsində rolundan və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında söhbət açıb
Tədbirin çıxış sözü ilə açan MirHəsən Seyidov qurumun prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi üçün yeni layihənin icrasına başlandığını qeyd edib. O vurğulayıb ki, bu layihə çərçivəsində xarici KİV nümayəndələri Bakıda səfərdədirlər. Həmin media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat almaları məqsədilə müxtəlif dövlət qurumlarında görüşlərin keçirilməsi, bu problemlə bağlı həqiqətlərin öyrənilməsi üçün qaçqın və məcburi köçkünlərin ziyarət olunması, bu mövzunu araşdıran jurnalistlərlə tədbirlərin təşkili planlaşdırılır. Geniş diskussiyaya səbəb olan görüşdə beynəlxalq jurnalistlərin suallarını "Təxris olunmuş Hərbçi Gənclər" İctimai Birliyinin sədri Emin Həsənli, "Qaçqın və məcburi köçkün" Gənclər İctimai Birliyinin sədri Vüqar Qədirov, "Sağlam İnkişaf və maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov cavablandırıb. Tədbir zamanı çıxış edən jurnalist nümayəndə heyəti mövcud problemin yaxın zamanda həllini tapacağına və onlarda bu münaqişə haqqında geniş məlumatların dünya ictimaiyyətinə çatdırılmasını bəyan ediblər.
BƏXTİYAR