Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatları araşdırmağa başlayıb.
İdarədən Trend-ə bildirilib ki, hazırda məsələ araşdırıldığından döyülmə faktının olub-olmaması barədə fikir söylənilə bilməz. Yalnız araşdırmalar başa çatdıqdan sonra idarə bununla bağlı ictimaiyyətə məlumat verəcək.
Xatırladaq ki, Bakı şəhəri Xətai rayonu 95 saylı məktəbdə 11-ci sinif şagirdinin fizika müəlliməsi Svetlana Əkbərovanı döyməsi barədə məlumatlar yayılıb. S.Əkbərova isə bunun həqiqətə uyğun olmadığını, şagirdə sinifdə mahnı oxuduğu üçün irad tutduğunu, şagirdin də sinif otağını tərk etdiyini deyib.