22 Oktyabr 2015 17:16
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılan torpaq sahəsində tikinti işlərinin başlanması gecikir.

Ölkə başçısının göstərişi ilə 2009-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti Xətai rayonunda, general Şıxlinski küçəsində Baş Prokurorluq, Mərkəzi Seçki Komissiyası və Yazıçılar Birliyinə üç girişli yaşayış binasının tikilməsi üçün yer ayrıb. Artıq o vaxtdan bir neçə il keçsə də, Neapol dairəsi adlanan ərazidəki torpaq sahəsində tikinti işləri hələ də başlamayıb.

Modern.az saytı bu barədə AYB sədrinin müşaviri, mənzil məsələləri komissiyasının sədri Rauf Aslanova müraciət edib. Müşavirin sözlərinə görə onun rəhbərlik etdiyi komissiyanın işi yalnız hazır mənzillərin üzvlər arasında bölüşdürməkdir: “Torpaq məsələsi istiqamətində bütün işlər isə AYB-də ayrı şəxsə tapşırılıb. Bu məsələ ilə bağlı suala cavab almaq üçün məhz ona müraciət etmək lazımdır. Amma onu deyə bilərəm ki, hazırda orada heç bir tikinti getmir”.

Bir müddət öncə ayrı-ayrı media qurumlarında yazılan məlumata görə, torpaqla bağlı sənədləşmə işləri AYB sədrinin müavini Nazim İbrahimova tapşırılıb.

Elmin NURİ


Müəllif:

Oxşar xəbərlər