22 Oktyabr 2015 18:05
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi hakim icraatına verilib.

Teleqraf.com xəbər verir ki, Rauf Mirqədirovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisoltan Osmanovun sədrlik etdiyi kollegiyada araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər