23 Oktyabr 2015 09:54
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq.


APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək bildirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.


Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 25-dək olan dövrü əhatə edir.


Müəllif:

Oxşar xəbərlər