Azərbaycanda səfərdə olan jurnalist nümayəndə heyəti səfər çərçivəsində Quba şəhərinə gediblər.
“İrəli” İctimai Birliyindən Teleqraf.com-a verilən məlumata görə, Qubaya səfər zamanı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, soyqırım haqqında ətraflı məlumatlandırılıblar.
Daha sonra jurnalistlər "Şeş Qəmbər" dağ yəhudilərinin sinaqoqu ilə də tanış olublar. Dağ yəhudiləri dini icmasının sədri qonaqlara geniş məlumat verib. Onu da əlavə edib ki, Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Sinaqoqun nəzdində peşə məktəbi də var. Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinini öyrənirlər.
BƏXTİYAR