24 Oktyabr 2015 13:24
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəncədə bir qrup insan məsciddən İmamzadəyə piyada yürüş etmək istəyib. Ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.


M. Qurbanlı bildirib ki, bu gün Gəncədəki Şah Abbas məscidində Aşura ilə bağlı mərasim keçirilir.


QMİ sədri Allahşükür Paşazadə isə qeyd edib ki, İmamzadə kompleksində böyük abadlıq işləri görülür: “Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Mən özüm də demişəm ki, Aşura zamanı İmamzadədə toplanın. Ancaq yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil”.


Müəllif:

Oxşar xəbərlər