Sabirabad rayonunun sakininin evində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Xələfli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 4 kv.m sahədə yanmışdır.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.