26 Oktyabr 2015 10:59
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitabevim.az kitab mağazasında yazıçı Elxan Xanəlizadənin İstanbulda türk dilində nəşr olunan “Sürgün” romanının təqdimat mərasimi keçirilib.

Təqdimatda ictimai xadimlər, KİV nümayəndələri, yazarın qələm dostları və oxucular iştirak edib. Tədbiri giriş sözü ilə Elxan Xanəlizadə özü açıb. O, çıxışına tədbir iştirakçılarına təşəkkür etməklə başlayaraq, kitab haqqında ətraflı məlumat verib: “İstanbulda fəaliyyət göstərən “Azərbaycan Kültür Evi” Yayınları tərəfindən “Yol” romanım “Sürgün” adı altında türkcəyə tərcümə edilərək, 2000 tirajla işıq üzü görüb. Sovet dövrünə xas olan bəzi terminlər izahla verilsə də, mənim razılığımla əsərə bəzi əlavələr edilib. Bu addım türk oxucusunun romanı rahat başa düşməyi üçün atılıb. Həmçinin, yayın evi ilə bağladığımız müqaviləyə əsasən bundan sonra yazacağım əsərlər ilk dəfə türk dilində İstanbulda nəşr olunacaq”.

Kitabın naşiri Hikmet Elp çıxış edərək, Elxan Xanəlizadənin yaradıcılığı ilə tanışlığından söz açıb və ümidvar olduğunu bildirib ki, türk oxucular “Sürgün” romanının süjet xəttini, axıcılığını bəyənəcəklər.

Təqdimatda iştirak edənlərin əksəriyyəti yazıçının çap olunan əsərləri haqqında öz təəssüratlarını bölüşüblər. Elxan Xanəlizadənin ana dilində yazdığı əsərlərin redaktoru Şəbnəb Vaqif naşirdən yazıçının “Zəncir” romanının Türkiyədə çap olunmasını istəyib. Hikmət Elp bildirib ki, “Zəncir” Novruz bayramınadək türk dilinə uyğunlaşdırılıb, nəşr ediləcək.

Çıxışlardan sonra müəllif oxucuları üçün kitablarını imzalayıb.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər