27 Oktyabr 2015 13:31
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinə dəymiş ziyanla bağlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri Faiq İsmayılov bildirib ki, məqsəd Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin erməni vandalizminə məruz qalma səbəblərini beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onun sözlərinə görə, Ermənistan hökuməti 1992-ci il işğalından sonra Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda kilsə tikintisinə başlayıb: "Halbuki bu ərazilərdə erməni işğalına qədər bir erməni kilsəsi belə olmayıb. Bu kilsələr imzibati yaşayış mərkəzlərində deyil, əsasən yol kənarlarında, dağ yamaclarında tikilir. Bu kilsələr insanlar üçün deyil, gələcəkdə bu ərazilərin ermənilərə məxsusluğunu sübut etmək üçün tikilir. İşğal altındakı ərazilərdə 175 alban dövrü abidəsinə kilsə statusu verən Ermənistan hökuməti Dağlıq Qarabağda və ətraf rayonlarda "erməni kilsələrinin" sayını 190-a çatdırıblar".

F.İamayılov bildirib ki, erməni vandalizmi nəticəsində məhv edilən, satılan tarix və mədəniyyət abidələri ilə bağlı məlumatlar İngiltərə, Almaniya və digər ölkələrdə elmi ictimaiyyətə çatdırılacaq: "Eyni zamanda yaxln günlərdə tarix və mədəniyyət abidələri ilə bağlı dəymiş ziyanın hüquq aspektdə qiymətləndirilməsi istiqqmətində müəyyən işlər görüləcək. Onu da qeyd edim ki, layihə çərçivəsində işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan təsnifatlaşdırılıb. Belə ki, hesablamalara görə işğal olunmuş Dağlıq Qarabağ və 7 rayon üzrə ümumilikdə Azərbaycana 89 milyarda dollara yaxın ziyan dəyib. Bu rəqəm dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələlərinə dəymiş ziyanı göstərir. Ancaq biz dövlət qeydiyyatında olmayan abidələrə vurulan ziyanın da hesablanmasını həyata keçirmişik. Bu rəqəm isə 47 milyard dollar təşkil edir. Eləcə də dövlət qeydiyyatında olan daşınan tarix və mədəniyyət abidələrinə dəyən ziyanın ümumi həcmi 43 milyard dollara yaxındır. Ümumilikdə isə işğal olunmuş ərazilərdəki tarix mədəniyyət abisələrinə dəyən ümumi ziyanın həcmi 177 milyard dollardır".

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər