Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Tərtər və Bərdə rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Teleqraf.com “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 28-dən saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun bir hissəsində, saat 09:00-dan 18:00-dək isə Tərtər və Bərdə rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.