“Lütfi Zadə ilə ötən həftə də danışdım, bu həftə də. Maşallah olsun, hər şey yaxşıdır. Sağlamlığı yerindədir. Hətta sonradan ona mesaj yazdım ki, sizin gümrah səsinizi eşidəndən sonra insanda həyat eşqi daha da çoxalır”.
Bunu Modern.az-a açıqlamasında məşhur alim, dünyanın bir çox universitetlərində mühazirələr oxuyan professor Rafiq Əliyev bildirib.
Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan və çalışan 94 yaşlı alim ötən il əməliyyat olunub.
Dünya çapında tanınan alim iş fəaliyyətini bu gün də qoruyur və elmi araşdırmaları ilə məşğul olur. Həkimlər təyyarədən istifadə etməyi alimə qəti qadağan edib.
Elmin NURİ