28 Oktyabr 2015 22:37
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bremen Universitetinin Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarında tədqiqatlar aparmaq üçün ölkəmizə gəliblər.

Almaniyalı alimlər hazırda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun geoloji mühitin radiometriyası şöbəsinin müdiri professor Çingiz Əliyevlə birgə Ələtdə Daşgil palçıq vulkanında çöl işləri aparırlar.

İnstitutdan Teleqraf.com-a bildiriblər ki, tədqiqatlar zamanı alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaqlar.


Müəllif:

Oxşar xəbərlər