Gəncədə mağazadan alınan çörəyin içindən həşarat çıxıb.
ANS TV-nin məlumatına görə, şəhər sakini Aynurə Niyazzadə həmişə olduğu kimi yaşadığı evin yaxınlığıdakı mağazadan çörək alıb. Evdə çörəyi kəsən zaman onun içindən qara nə isə çıxdığını görüb. İlk öncə bunun nə olduğunu anlamasada sonradan böcək olduğunu bilib.
Daha sonra Aynurə Niyazzadə çörəyi aldığı mağazaya aparıb və harada hazırlandığı ilə maraqlanıb. Satıcı isə bu barədə məlumatsız olduğu deyib.
Aynurə Niyazzadə bu çeşid çörəyin içindən aylar öncə də naməlum qaraltının çıxdığının şahidi olub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirilib ki, şikayət olunduğu halda məsələ araşdırılacaq. Buna baxmayaraq çörək bişirilən zaman işçilər daha da ehtiyyatlı olmalıdılar. Yəni, un əvvəlcə ələnməli daha sonra çörək bişirilməlidir. Əks halda xoşagəlməz hallar qaçılmaz olacaq.