1 Noyabr 2015 12:57
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9°, gündüz 9-13° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Müəllif: