1 Noyabr 2015 21:04
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin məlumata görə, Milli Məclisə seçkilərdə 2 897 188 seçici səs verib.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 19:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, parlament seçkilərində seçici fəallığı 55,7 faiz təşkil edib.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitib.


Müəllif: