2 Noyabr 2015 01:17
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsindəki marketdə partlayış baş verib. Musavat.com "Doğan" agentliyinə (DHA) istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.

Marketin üst mərtəbələrindəki evlərdə yaşayanlar tüstüdən zərər çəkiblər. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Patlayışdan sonra yanğın başlayıb. Yanğının söndürülməsi üçün ətraf qəsəbələrdə yanğınsöndürmə briqadaları və polisin su maşınları cəlb edilib. 2 saat sonra alovun qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: