3 Noyabr 2015 13:01
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çıxışı uzadırdıq ki, soruşmasınlar işıq, qaz, dərman, istilik olacaq, yoxsa yox?!

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə millət vəkili Məlahət İbrahimqızı çıxış edib.

Xanım deputat Qadın Konsensus Mərkəzinin “Qadınların nüfuz və səlahiyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində təşkil etdiyi “Azərbaycanda qadınların siyasi iştirakçılığı” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

Onun sözlərinə görə, əvvəlki illərə nisbətən əhalinin problemləri xeyli azalıb:

“Seçki duyğuları ürəyimizdən çıxmamış belə bir tədbir keçirirsiniz, çox sağ olun. Media nümayəndələrinə təşəkkür edirəm ki, təbliğat-təşviqat prosesində kömək etdilər.

Millət vəkili seçilən hər kəsi təbrik edirəm. YAP təmsilçisi olmaq fəxrdir, qürurdur. Partiya sədrinə, səlahiyyətli üzvlərinə təşəkkür edirəm.

Məni Nəsimi rayon 21-ci Seçki Dairəsindən deputat seçdilər. Seçicilərin etimadını doğruladacam. Mənim seçicilərimin istəyi səma, okean deyil. Ancaq gündəlik problemlərin həlli ilə bağlıdır”.

M.İbrahimqızı deyib ki, ölkəmizdə böyük işlər görülüb: “2000, 2003 və 2005-ci illərdə bölgələrdə görüş keçirəndə Mingəçevir SES-dən xahiş edirdik ki, filan kənddə görüş keçiriləcək, işıq verilsin ki, görüş baş tutsun.


Digər həmkarlarla da görüş keçiriləndə söhbəti uzadırdıq ki, sual verilməsin: işıq, qaz, dərman, istilik olacaq, yoxsa yox. Biz bilirdik ki, bu problemlər həll olacaq. Amma insanlarda bir səbrsizlik, inamsızlıq var idi. 90-cı illərdəki ağır problemləri, çörək növbələri görmüşük. 2010-cu ildə belə təmsil olunduğum Şəmkirdə, ən ucqar dağ kəndlərində belə 87 faiz qaz təminatı olub.

Bu zaman isə həmin sualları verən olmadı. Görüşdüyümüz əsas elektoratın istəyi gündəlik problemlərdir. Bu da getdikcə azalır”.


Müəllif: