3 Noyabr 2015 13:01
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq sentyabr ayının sonlarından "Parlament seçkilərində seçicilərin fəallığının artırılması və maraqlı tərəflərin iştirakı ilə ictimai debatlar" mövzusunda layihəsi davam edir.

Region Beynəlxalq Analitik Mətkəz İB-nin məxbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amildir: "Eyni zamanda, demokratiyanın bir ifadəsi, göstəricisidir. Hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir. Xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir".


Layihənin əsas məqsədi 2015 Payız Parlament seçkiləri haqqında doğru və dürüst məlumatların yayılması, maraqlı siyasi tərəflərin və neytral ekspertlərin iştirakı ilə ictimai-siyasi debatlar təşkil edərək seçkidən əvvəl və seçki prosesi eləcə də seçki sonrası mühit haqqında müzakirələrin aparılmasından ibarətdir.

Layihə dövründə ilk olaraq seçki öncəsi sosial şəbəkələr üzərindən azad və demokratik seçki mesajının verilməsi və seçki mədəniyyətinin formalaşdırılması üçün təbliğat kampaniyası aparıldı və debat təşkil olundu. Layihənin bundan sonrakı mərhələsində maraqlı siyasi tərəflərin və ekspertlərin iştirakı ilə ictimai-siyasi debatlar davam etdiriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.


Müəllif: