4 Noyabr 2015 17:51
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Milli Bilik Günü ilə əlaqədar keçirilən mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Puşkin” medalı təqdim edib.

Teleqraf.com xəbər verir ki, Kremldə keçirilən təntənəli qəbulda V.Putin müxtəlif ölkələrdən olan 9 nəfəri sülhün möhkəmlənməsində, xalqlar arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə mükafatlandırıb.

Qeyd edək ki, Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb. Rusiya prezidenti bu barədə fərmanı oktyabrın 20-də imzalayıb.

Nərgiz


Müəllif: