4 Noyabr 2015 17:58
424

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində dənizə çıxan 3 nəfər balıqçı itkin düşüb.

Teleqraf.com-un FHN-ə istinadən xəbərinə görə, balıqçılarla əlaqə kəsilib. Axtarış ərazisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından (dənizdə çıxış məsafəsi 2 milə qədər) kənardadır.

Nazirlikdən verilən xəbərdə bildirilir ki, hazırda havanın küləkli olduğu nəzərə alınaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.


Müəllif: