3 İyun 2014 17:40
1 322

Azərbaycan Tibb Universitetində (ATU) dövlət imtahanlarına start verilib. Bu barədə universitet açıqlama yayıb.

ATU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatına görə, digər ali məktəblərdən fərqli olaraq, bu ali məktəbin tələbələri həm testlə imtahandan keçir, həm də praktik biliklərini nümayiş etdirirlər.

İmtahan verən tələbələr ATU klinikalarında xəstələri müayinə edib diaqnoz qoymaqla sınaqdan keçirlər.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Virtual Test Mərkəzində imtahan verən tələbələrlə görüşüb, imtahanın gedişi ilə maraqlanıb. Rektor testdən keçən tələbələrin təklif və istəklərini dinləyib.

ATU-dakı dövlət attestasiya imtahanları bu gün Stomatoloji Klinikada da start götürüb. Klinika yüksək zəruri ləvazimat və avadanlıqla təchiz olunub. Odur ki, imtahan zamanı stomatologiya fakültəsinin tələbələri test üsulu ilə kompüter vasitəsilə imtahan verdikdən sonra mütəxəssis həkimin nəzarəti altında xəstələrin dişlərini müalicə edir, tədric boyunca əldə etdikləri vərdişləri nümayiş etdirirlər.

Müalicə-profilaktika , pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində də imtahanlar başlayıb. Bir neçə gün ərzində hər gün ATU-da təxminən 150 tələbə dövlət attestasiya imtahanından keçəcək.

Naibə


Müəllif: