6 Noyabr 2015 13:58
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-dən 9-dək Abşeron yarımadasında meteoroloji amillər meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 7-də da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.


Şimal-şərq küləyi əsəcək. Gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.


Noyabrın 7-də Azərbaycanın bölgələrinin ayrı-ayrı yerlərində duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 isti, gündüz 7-12 dərəcə isti olacaq.


Müəllif: