9 Noyabr 2015 09:40
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açaraq vətəndaşları liftdən çıxarıblar. Əməliyyat saat 20:05-də başa çatıb.


Digər xilasetmə əməliyyatı isə Suraxanı rayonunda baş tutub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını valideyinlərinə təhvil veriblər.


Əməliyyat saat 19:00-da başa çatıb.


Müəllif: