3 İyun 2014 22:27
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Aşağı Nemətabad kəndində (rayon mərkəzindən 25 km aralı) 1983-cü il təvəllüdlü Məmmədov Rüstəm Hüseyn oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək digər vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinə arxadan çırpılıb.

Nəticədə aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş “Mercedes” markalı minik avtomobilinin sahibinin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.


Müəllif: