3 İyun 2014 22:51
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə dörd nəfər mülki astronavt Mars vətəndaşı olmaq üçün birdəfəlik Yeri tərk edəcək.

Teleqraf.com bildiir ki, bu fikrə düşən Yer sakinləri o qədərdir ki, Hollandiyanın “Mars One” şirkəti Marsa birtərəfli bilet almaq uğrunda xüsusi yarış təşkil edib. Hazırda həmin yarışa qatılmaq üçün 202 min 585 adam ərizə verib. Yarışı qazanan 4 nəfər 210 gün kosmik gəmidə 225 milyon kilometr yol gedərək Marsın ilk sakini olmağa ümid bəsləyir.

Amma əksər ekspertlər səfərə bilet imkanı qazanmış adamın Yerdən 225 milyon kilometr aralıda öləcəyini proqnozlaşdırırlar. Səudiyyə Ərəbistanının önəmli din adamları hətta müsəlmanları bu ideyadan kənarda durmağa çağırıb və buna qatılmağın intihara bərabər bir günah olduğunu vurğulayıb.

Marsa Yerdən ilk kosmik gəmi 1960-cı ildə yola salınıb, amma o, yerdə qalxmamış partalyıb. Sonralar bir neçə kosmik gəmi göydə yoxa çıxıb, yalnız 1964-cü ildə buraxılmış gəmi Marsa çata bilib. O, 20 ədəd foto göndərib və məlum olub ki, orada həyatın olmasına heç bir şans yoxdur. Sonrakı kosmik gəmilər isə Marsda nəhəng vulkanlar və toz fırtınalarının olduğunu ortaya çıxardı.


Müəllif: