11 Noyabr 2015 01:12
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun "İçərişəhər" stansiyasında ölüm hadisəsi qeydə alınıb.


Faktı Trend-ə təsdiqləyən Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib.

Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın "İçərişəhər" stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib:

"Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib".

Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil veriləcək.


Müəllif: