3 İyun 2014 23:46
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda minik avtomobilinin yanması nəticəsində 2 yaşlı uşaq yanıq xəsarətləri alıb.

Teleqraf.com bildirir ki, hadisə iyunun 3-də saat 19.40 radələrində şəhərin “Çay qırağı” deyilən ərazisində yerləşən avtoservisdə qeydə alınıb. Lənkəran şəhər sakini, 1974-cü il təvəllüdlü Elşən Hüseynağa oğlu Hüseynova məxsus “VAZ-2104” markalı minik avtomobili qəfildən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazrliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə avtomobildəki yanğın söndürülməklə onun yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı “VAZ-2104” markal avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb, həmçinin maşının salonunda əyləşmiş sürücünün 2 yaşlı oğlu Məmmədəli Hüseynli II və III dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada uşağa ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Bakıya Respublika Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: