3 İyun 2014 23:49
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin 1049 səslə aprel ayının ən dəbli kişi məşhuru seçilib

Azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Rusiyada aprel ayının ən dəbli kişi məşhuru seçilib.

Teleqraf.com bildirir ki, Emin 1049 səslə aprel ayının ən dəbli kişi məşhuru seçilib. Qadınlar arasında birinci yeri 2959 səslə Alsu qazanıb.

Qeyd edək ki, Emin Ağalarov 1979-cu ildə Bakıda anadan olub. 4 yaşında valideyinləri ilə birlikdə Moskvaya köçüb. 8 il orda orta təhsil aldıqdan sonra 15 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb. ABŞ-da orta məktəbi bitirib. Nyu-York universitetinə daxil olub.

Tələbəlik illəri haqqında Emin belə deyir: ’’Mən Amerikada oxuyanda atam ancaq kollecin pulunu ödəyirdi. Şəxsi xərclərimə özüm pul qazanmalı idim. 15 yaşımda Amerikada yerli supermarketlərin birində satıcı kimi işləyirdim, saatda 5 $ qazanırdım. Sonradan şəxsi sayt açaraq (internet-mağaza) saat, optika, ikona və Rusiyadan xırda suvenirlər satmağa başladım. Layihəm çox uğurla inkişaf etdi. Elə aylar olurdu ki, 5 min, hətta 15 min dollar qazanırdım.

O zamanlar, 18 yaşımda istədiyim hər şeyi ala biləcəyim fikri ağlımı başımdan alırdı. Yay tətillərində Rusiyaya gəlirdim. Atamın burda ayaqqabı biznesi ilə məşğul olduğunu görərək bunu Amerikada təkrarlamaq istədim. Nyu-Cersidə ilk ayaqqabı mağazamı atamın puluna açdım. Öz biznesimdən fərqli olaraq, atamın maliyyə vəsaitinə açdığım ayaqqabı dükanı mənə gəlir gətirmədi. Bundan sonra qərara gəldim ki, həmişə hər işi şəxsi puluma görmək lazımdır”./anspress/


Müəllif: