11 Noyabr 2015 16:04
545

Bu gün Yazıçılar Birliyində Katibliyin iclası keçirilib.

İclasda bir neçə gün öncə Birlik sıralarını tərk etdiyini deyən şair Salam Sarvanın məsələsinə baxılıb və o, AYB-dən rəsmən xaric edilib. Qurumun yaydığı bəyanatda deyilir: “Azərbaycan Yazıçılar Birliyi 80 illik fəaliyyəti olan, çoxsaylı qələm sahiblərini özündə birləşdirən könüllü təşkilatdır. Birlik üzv olmaq üçün müraciət edən insanlara da və səbəbindən asılı olmayaraq üzvlükdən ayrılmaq istəyən insanlara da hörmətlə yanaşır. Yayılımış xəbərlərdə qeyd olunub ki, Salam Sarvan AYB-dən ayrılmağının səbəbini açıqlayarkən heç kəsdən incimədiyini və kimlərəsə acıq etmədiyini bildirib. Bildiririk ki, Yazıçılar Birliyinin də şair Salam Sarvanla heç bir problemi yoxdur və ona gələcək həyatında uğurlar arzulayırıq”.

İclasda AYB-yə qayıtmaq üçün müraciət edən yazar Kənan Hacı yenidən qurumun üzvlüyünə bərpa olunub.


Müəllif: