11 Noyabr 2015 19:19
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal tələbələrdən Seyid Əli Əbdi və Rza Bərzigər tutulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hər iki azərbaycanlı tələbənin həbsi Urmiyada fars irqçılığına qarmşı keçirilən dinc etiraz aksiyasının başa çatmasından bir neçə saat sonraya təsadüf edib. Onların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.

Daha bir həbs xəbəri Məlikandan gəlib. Məqsud Bəsirpur adlı azərbaycanlı fəalın tutulmazdan bir gün əvvəl dinc etiraz aksiyası keçirilməsinə rəsmi icazə almaq üçün hökumət qurumlarına müraciət etdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb.

Samir


Müəllif: