Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın 19-da saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Bu barədə Teleqraf.com-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Naibə QURBANOVA