12 Noyabr 2015 17:48
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov “Mozalan” studiyasının rəhbərliyindən getməsinə aydınlıq gətirib.

O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Mozalan”nın çəkilişləri dayandığına görə Əbülfəs Qarayev studiyanın rəhbərliyini müvəqqəti mənə həvalə etmişdi. Orada istehsalı bərpa etdik, iki film bərpa olundu, sistem quruldu. Hazırda isə hörmətli nazirimiz “Azalfilm” studiyasının rəhbərliyini mənə verdi. Bir il “Azanfilm”də çalışacam və orada animasiya sistemi qurulandan sonra rəhbər kimi başqa bir gənc kadr təyin edəcəyik.

Fariz Əhmədov öz ərizəsi ilə “Azanfilm”in rəhbərliyindən gedib və hazırda orada animasiya ilə bağlı problemlər var. Yəni ki, bu studiyaya da problemləri aradan qaldırmaq üçün müvəqqəti rəhbər təyin edilmişəm”.

Rəqsanə


Müəllif: