4 İyun 2014 11:24
754

Bir neçə rayonda təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a məlumat verilib.

Məlumatda bildirilir ki, diametri 159 mm-lik "Aran QPS qaz kəməri qolu"nda aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Yevlax rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması ilə əlaqədar saat 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə qaz verilməsi dayandırılacaq.

Qaz ölçü qovşaqlarında yenidən qurulma işlərinin aparılması, Qaznəqli sistemində siyirtmənin dəyişdirilməsi və yaranmış nasazlığın ləğvi, "Əskipara 1" (kənd xətti) ölçü qovşağından qidalanan diametri 530 mm-lik; 219 mm-lik; və 159 mm-lik qaz xətlərində və "Əskipara Sənaye" ölçü qovşağından qidalanan kollektorda təmir işlərinin aparılması və siyirtmənin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Şəmkir, Qazax, Səbail, Sabunçu və Şamaxı rayonlarının bir hissəsinə qazın verilməsində məhdudiyyətlər olacaq.

Bundan əlavə Balakən rayonu Balakənçayı ərazisindən keçən diametri 110 mm-lik polietilen qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar və Buzovna qəsəbəsi, Quşçuluq massivi adlanan ərazidə qaz tənzimləyici qurğuların quraşdırılması səbəbindən bu işlər başa çatanadək Balakən və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

NİGAR


Müəllif: