15 Noyabr 2015 01:36
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının keçmiş direktoru Maqbet Bünyadov Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat keçirib.

M.Bünyadov Teleqraf.com-a bildirib ki,ə xəstəxanadan evə buraxılıb və səhhəti yaxşıdır: “İnfarkt keçirmişdim. Noyabrın 5-də səhər xəstəxanaya apardılar. Hər şeyə rəğmən, hərəkət etməyə çalışıram. Səhhətim normaldır.Noyabrın 8-də ikinci əməliyyatı keçirdim. O, ağır keçdi. Damarlarımda ölçü fərqi olduğuna görə stend qoymaq çətin oldu. Möcüzə idi və buna görə həkimim Abbasəli Abbasəliyevə minnətdarlığımı bildirirəm. 53 il incəsənət sahəsində işləmişəm və heç bir şey üçün peşman deyiləm”.

Rəqsanə


Müəllif: