15 Noyabr 2015 16:12
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.


Müəllif: