4 İyun 2014 12:59
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qeyri-sabit hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında iyunun 5-də havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.


Müəllif: