18 Noyabr 2015 19:15
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit problemləri ilə üzləşir".

Bunu VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində (“CTE-2015”) iştirak edən Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasileva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, planetdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan səmərəli istifadə, suyun, havanın, torpağın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir: “Sağlam ətraf mühit olmadan inkişafın əsasını təşkil edən sağlam insan da ola bilməz, digər tərəfdən təbii ehtiyatların necə gəldi tükədilməsi, təbiətdə balansın pozulması nəticəsində yaranan fəsadlar gələcək nəsillər üçün təhlükənin əsasını qoyur. Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir”.

İLHAMƏ


Müəllif: