20 Noyabr 2015 11:22
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Səfir olsaydım - Azərbaycanı necə təbliğ edərdim?" adlı layihəsi çərçivəsində gənc jurnalistlər və yaxud, jurnalistikada özünü sınamaq istəyənlər üçün “Jurnalist nəyi bilməlidir?” adlı buklet nəşr olunub.

İctimai Birlikdən Teleqraf.com-a verilən məlumata görə, bukletdə jurnalistin peşə bacarıqlarının artırılması üçün lazım olan istiqamətlər və yeni media alətlətləri barədə məlumatlar əks olunub.


Qeyd edək ki, layihədə məqsəd Azərbaycanda gənclər arasında peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır: “Ümumilikdə layihədə 30 gənc jurnalistin iştirakı planlaşdırılır. Layihəyə cəlb ediləcək gənc jurnalistlər peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcəkdir. Eyni zamanda, jurnalistikada fəaliyyət göstərən media işçilərinin Gəncəyə, İsmayıllıya səfərləri, Bakıda bir sıra dövlət qurumlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Layihədə bununla bərabər Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğu nəzərə alınaraq, jurnalistlərin daha operativ, daha vətənpərvər movzularda fəaliyyət göstərmələri üçün onlara dəstək olmağa çalışacağıq”.

BƏXTİYAR


Müəllif: