4 İyun 2014 14:32
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə Azərbaycanda səfərdə olan Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski iyunun 4-də Şamaxıya səfər edib. Teleqraf.com-un məlumatına görə, bu gün kosmonavt Şamaxıda E.Süleymanovla görüşüb.

Millət vəkili ona Şamaxının tarixi, rayonda həyata keçirilən quruculuq işləri barəsində ətraflı məlumat verib. M.Hermaşevski Bakıda və Şamaxıda gördüklərinin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Daha sonra Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbdə müəllim və şagirdlərin Polşanın ilk kosmonavtı ilə görüşü baş tutub. Polşalı qonaq Kosmasa uçuşundan, təyyarəçilik peşəsinin sirlərindən danışıb, məktəblilərin suallarını cavablandırıb. Görüşdə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev də iştirak edib. Bu gün M.Hermaşevskinin Şamaxı Astrofizika Rəsədxanasında görüşünün keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Miroslav Hermaşevskinin müəllifi olduğu “Çəkisizliyin yükü” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org)Tərcümə Laboratoriyası tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Ayxan


Müəllif: