20 Noyabr 2015 15:50
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı-dramaturq Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabı çapdan çıxıb.

Teleqraf.com-un məlumatına görə, kitab mərhum yazıçı-dramaturqun görkəmli şair Əli Kərim barədə xatirələrindən bəhs edir. Kitaba müəllifin Əli Kərimlə bağlı xatirələri ilə yanaşı, əsərlərinin təhlili ilə əlaqədar materiallar daxil edilib. Kitabı Altay Məmmədovun və Əli Kərimin övladları – Elcan Məmmədov və Paşa Əlioğlu nəşr etdirib. Nəşrin redaktoru Paşa Kərimovdur.

Noyabrın 21-də saat 15:00-da “Nərmin” Yayın Evində (Əlövsət Quliyev küçəsi 72, “KitaBaz” mağazası) yeni nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, 1930-cu ildə Gəncə şəhərində anadan olan nasir, dramaturq, ədəbiyyatşünas və tərcüməçi A.Məmmədov 2003-cü ildə doğma şəhərində vəfat edib.


Müəllif: