22 Noyabr 2015 14:13
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 14-18° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.


Müəllif: