4 İyun 2014 15:14
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid Partiyasının sədi İqbal Ağazadə bütün müavinlərini istefaya göndərib.

Teleqraf.com-un xəbərinə görə, bu gün partiyanın Rəyasət Heyətinin yığıncağında İqbal Ağazadə öz qərarını açıqlayıb. O, heç bir səbəb göstərmədən bütün müavinlərindən imtina etdiyini deyib.

İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov tutduqları vəzifədən azad olunublar.

Sədr müavini Rafael Tağızadə məlumatı Teleqraf.com-a təsdiqləyib. Onun sözlərinə görə, sədrin özü onları istefaya göndərib: “Bu, sədrin səlahiyyətində olan bir məsələdir. Biz onun səlahiyyətinə müdaxilə edə bilmərik. Sədrin sərəncamında göstərilir ki, strukturlara yenidən baxılması və bələdiyyə seçkiləri ilə əlaqədar bu addım atılıb. Müavinlik təyinatla olur. Müavini təyin etmək də, azad etmək də onun səlahiyyətinə aid məsələdir. Kimsə deyə bilməz ki, məni müavin qoy. Çox güman ki, yeni formalaşma olacaq. Sədr özü bilər kimlə işləyər, kiminlə işləməz”.

R.Tağızadə bildirdi ki, yalnız seçki və təbliğat məsələləri ilə üzrə müavin Taleh Əliyev öz vəzifəsində qalıb və onun müavin vəzifəsində qalması bələdiyyə seçkiləri ilə əlaqədardır.

İcra Aparatının rəhbəri Nəsimi Məmmədli isə qeyd etdi ki, bütün icra strukturları və müavinlər fəaliyyətini dayandırıb.

Onun sözlərinə görə, belə hal bir neçə dəfə baş verib. N.Məmmədli qeyd edib ki, Rəyasət Heyətində İ.Ağazadə bütün müavinləri yığıb sərəncamını elan edib: “Bu, sədrin səlahiyyətindədir. Bunu özü ancaq şərh edə bilər. Heç səbəbini soruşmağa lüzum görməmişik.Yəqin nələrsə düşünür”.

Kəmalə


Müəllif: