22 Noyabr 2015 22:18
413

Bərdə rayon İmamqulubəyli kəndində məskunlaşan Ağdamdan məcburi köçkün, 2003-cü il təvəllüdlü Vəliyeva Leyla Rəşid qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib. O, Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Leyla Vəliyevanın ailə üzvlərinin Teleqraf.com-a bildirdiyinə görə, hadisə bu gün 16:05 radələrində baş verib. Anası Leylanın hamamdan gec çıxdığını gördükdə onu səsləyib. Cavab almayanda isə qapını sındırıblar. Hadisə yerinə təcili yardım çağrılıb. Leyla Vəliyevaya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu deyilir.

Xalid Salmanbəyli


Müəllif: