23 Noyabr 2015 11:09
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

Təlim Azərbaycan Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

İLHAMƏ


Müəllif: