23 Noyabr 2015 12:14
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qələm” Nəşriyyatı Azərbaycanda azyaşlı oxucuların öz vaxtını əyləncəli, səmərəli keçirməsi, mütaliə vərdişlərini gücləndirməsi və dünyagörüşlərini artırması üçün kitabların nəşrini davam etdirir. Nəşriyyat bu məqsədlə daha üç seriyadan olan kitabları satışa çıxarıb.

Bunlardan biri “Ninza tısbağalar” seriyasından olan kitablardır. Həmin kitablar uşaqlar üçün əla beyin məşqi sayıla bilər.

Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını da indi uşaqlarımız öz ana dilimizdə oxuya bilərlər.

Onların daha bir sevimli qəhrəmanı Doranın sərgüzəştləri də “Qələm” Nəşriyyatı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb və satışa çıxarılıb.

Bu nəşrlərin hər biri Nickeledion və Choutte publishing nəşriyyatlarından alınıb və onların ölkəmizdə müəlliflik hüququ “Qələm” Nəşriyyatına məxsusdur.

Uşaqlarınızda mütaliə vərdişləri yaratmaq və bədii zövq formalaşdırmaq, onların dünyagörüşlərini genişləndirmək, vaxtlarının səmərəli keçməsinə nail olmaq istəyirsinizsə, “Qələm”in nəşrlərini almağa tələsin!


Müəllif: