23 Noyabr 2015 21:20
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-dən etibarən 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti metronun “28 May” stansiyasına qədər idisə, sabahdan etibarən əvvəlki xətti ilə, yəni 20-ci sahəyə qədər hərəkət edəcək.

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metrostansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.


Müəllif: